Nacademics

Belə inanırıq: “dil”dən geniş yayılmış və özünü haqlı gözükdürən indiki bu təsvir dilin gerçək varlığının təsviri ola bilməz. Bu təsvir yalnız dəbə salınmış bir təsvir dir. Ona görə də, bizim baxışımızda araşdırılan nəsnə o mənada dil adlana bilməz. Bizim araşdırdığımız mövzu dil-düşünc qatmarlığı deyə bir məfhum dır. Bu qatmarlıq yüzlər min ilin yetirdigi varlığın doğal olan barı dır. Bu üzdən, üzərində işlədigimiz dil-düşünc ancaq Türkü (Azərbaycan Türkcəsi’nin doğallığına olduqca əl aparılmamış forması) dır. 

Belə sanırıq: düşüncəli insan Afrika’dan Orta Doğu’ya çatdıqda müəyyən coğrafi bir enlikdə ilk olaraq dörd-fəsil havaya düşdükdə yeni bir dövranı başlayıbdır. Belə bir inqlab 90000 il bundan irəli üz veribdir. Beləliklə də, quzey yarım kürənin dillərinin böyük bir bölügünü etgiləndiribdir.

Belə çalışırıq ancaq dil-düşünc törənişinin zaman-ala törəliligi izlənə bilsin. Bu izləmək antropoloji, anlayış-idrak, dilçilik, semiotik, eləcə də sün`i huş mütaliələrinə çatdırılma məqsədi’lə dir. Çox-örüşlü mütaliələr uğrunda dilin qrammatik modelləndirməsini yaramaz sanırıq. Burada dilin qərə-məna çağlarının mütaliəsinə özəlcəsinə diqqət gözü’lə baxılır.

O çağlarda quruluşan  sözcüklərin səs-andırım dəyərlərini qeyr-qrammatik modellər’lə ayarlama qərarındayıq. İşlədigimiz modellərə döndükdə, ilkin sözcüklər cəbri konseptual bir ülgü əsasında formalaşıblar. Eləcə də, o çağlarda formalaşan hərbir sözcük _indiki dilçilik ölçüsündə deyilərsə_ bir kəlmə kimi yox ancaq bir cümlə andırımı kimi işlənirmiş. Biz səs-andırım inkişafının semiotik açıda izlənilə bilməsinə, eləcə də, bu açıdan onun səviyyələnməsinə inanırıq.

 

Videos


To Model the form of Language tens of Thousands Years Ago
Adventure into the Mysterious Realm of Concepts
Semiotic Reliability on Adventure into theRealm of Concepts
Cardinality Model in Sound-Signify System
keyboard_arrow_up